Alman futbolunun ən şanssız ulduzu

Alman futbolunun ən şanssız ulduzu
Alman futbolunun ən şanssız ulduzu
Alman futbolunun ən şanssız ulduzu

Bundestim sevərlər arasında bu barədə sorğu keçirilsə, şübhəsiz, tək "qalib" Marko Roys olardı.Oyunçuya ilk zərbə futbola başladığı Borussiya Dortmunddan gəlmişdi.Fiziki cəhətdən yetərsizlik səbəbiylə klubdan göndərilən Marco ilk sezonda göstərdiyi oyunla Rot Weiss Ahlen klubundan 1 milyon avro qarşılığında Mönchengladbach Borussiyasına transfer olur. Orada ilk matçlardan sərgilədiyi oyun onu komandanın liderinə çevirməyə başladı.2011-ci ildə Almaniya millisinə dəvət alıb milli komanda ilə Avro-2012-nin heyətində Avropa 3-cüsü oldu.Bir çox böyük klubun maraq dairəsinə düşən Marko ona doğma olan Dortmundu seçdi.Lakin Dortmundun U-17 klubunun səhvi 17 milyona başa gəldi. 2012-13 mövsümündə həm Bundesliqada, həm də Çempionlar liqasında Dortmund fırtınası əsirdi.Lakin finalda Bavariyaya məğlub olan Dortmunda digər zərbə klubun digər istedadı və Roysla yaxşı tandem təşkil edən Mario Götzedən gəldi.Roys isə yeni sezonda da qaldığı yerdən davam edirdi. Futbolçunun özünün sonradan dediyi fikirlərə səbəb olan hadisələr yaşanmağa başladı:"Bütün sərvətimi zədəsiz bir karyeraya dəyişərdim".2014 Dünya Çempionu olma şansını son yoldaşlıq görüşündəki zədə ilə itirən Roys mütəmadi olaraq rəqiblərdən çox zədələrlə savaşmağa başladı.Lakin hər dəfə qısa zamanda forma yığan Roys 2016 Avropa çempionatını da buraxmalı oldu.2018 Dünya çempionatında isə tarixdə İlk dəfə qrupda qalan Almaniyanın heyətində həm debütünü etdi, həm də ilk qolunu vacib İsveç qarşılaşmasında vurmağı bacardı.Marko və Dortmundun uğursuzluqlarından yetərincə danışmaq olar. Sonda bir məqamı da vurğulamaq lazımdır ki, Roys Bavariyanın israrla heyətinə qatmaq istəyib buna nail olmadığı müstəsna futbolçulardandır.