Aleksis Sançez "Qalatasaray"ın rəqibi ilə anlaşır

"İnter"dən ayrıldıqdan sonra hələ ki, klubsuz olan məşhur hücumçu Aleksis Sançesin yeni ünvanı müəyyənləşib.
Assist.az xəbər verir ki, çilili vinger "Olimpik" (Marsel) ilə 2 illik müqavilə imzalayacaq. Bu barədə insayder Fabritsio Romano məlumat verib.
Mənbəyə görə, ötən mövsüm Milan təmsilçisi ilə 38 oyuna çıxıb, 9 qol və 5 asisstlə fərqlənən Aleksisin Fransa klubuna keçidi bu həftə rəsmiləşməlidir.
Qeyd edək ki, Çili millisinin üzvünü "Qalatasaray"da heyətinə qatmaq istəyirdi. Marselin "Olimpik" klubu keçdiyimiz mövsüm Avropa Liqasının qrup mərhələsində İstanbul təmsilçisinin rəqibi olmuşdu.