Aleksandr Zinçenkonun yeni klubu məlum olub

İngiltərə "Arsenal"ı "Mançester Siti"nin futbolçusu Aleksandr Zinçenkonu transfer edib.
Assist.az xəbər verir ki, "topçular" ukraynalı müdafiəçi ilə uzunmüddətli müqavilə imzalayıblar.
London klubu 26 yaşlı sol cinah oyunçusu üçün "şəhərlilər"ə 32 milyon avro təzminat ödəyəcək. Aleksandr Zinçenko "Mançester Siti"yə 2016-cı ildə Rusiyanın "Ufa" klubundan 2 milyon avroya keçmişdi.