Ajax-dan Leipzig-ə

Ajax-dan Leipzig-ə

Leipzig heyətini yeni futbolçu ilə gücləndirib.

Assist.az xəbər verir ki, Bundesliqa təmsilçisi Niderland nəhəngi Ajax-dan Brayan Brobbini transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 19 yaşlı hücumçu ilə 4 illik müqavilə imzalanıb. Brobbi yayda Leipzig-in düşərgəsinə qoşulacaq.

Brobbi bu mövsüm Ajax-a 26 oyuna çıxıb və 13 qola imza atıb.