Ağdam klubu çətin sınaq qarşısında - Çempionlar Liqasına gedən yol

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok matçına çıxacaq.
Assist.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələri Çempionlar Liqasının III təsnifat mərhələsində “Ferensvaroş”la görüşəcək.
Macarıstan çempionu ilə cavab oyunu Budapeştdə baş tutacaq. Ötən həftə Bakıda qollu heç-heçə edən rəqiblər pley-offa vəsiqənin sahibini müəyyənləşdirəcək.
İlk oyuna ciddi itkilərlə çıxan Ağdam təmsilçisi bu dəfə Kadi Borqeslə Riçard Almeydanın xidmətindən yararlana biləcək. Son 4 görüşdə qol vuran təmsilçimiz bu seriyanı səfərdə də davam etdirməyə çalışacaq.
Çempionlar Liqası
III təsnifat mərhələsi
Cavab oyunu
9 avqust
22:00. "Ferensvaroş" (Macarıstan) - “Qarabağ” (Azərbaycan)
Baş hakim: Karlos del Serro Qrande (İspaniya)
Budapeşt. “Ferensvaroş” stadionu
İlk oyun – 1:1
Qeyd edək ki, cütün qalibi pley-offda “Şerif” (Moldova) – “Viktoriya” (Çexiya) duelinin güclüsü ilə qarşılaşacaq. Məğlub komanda isə yoluna Avropa Liqasında davam edəcək. Bu komanda pley-offda “Şemrok Rovers” (İrlandiya) – “Şkupi” (Şimali Makedoniya) cütünün qalibi ilə qarşılaşacaq.