Ağasəlim Mircavadov: "Futbolçularımız Portuqaliyadan qorxmamalıdır"

Ağasəlim Mircavadov: "Futbolçularımız Portuqaliyadan qorxmamalıdır"

“Pandemiyaya görə hazırda Avropada həddindən artıq gərgin vəziyyət yaranıb. Bu səbəbdən ola bilsin ki, Portuqaliyanın bir neçə futbolçusu əsas heyətdə yer almasın, ancaq istənilən halda rəqib güclü komandadır. Güclü komandaya qarşı isə əzmkar olmalısan”.

Bu sözləri Assist.az-a açıqlamasında əməkdar məşqçi Ağasəlim Mircavadov deyib. O, milli yığma komandamızın mübarizə apardığı qrupun qalibinin Portuqaliya millisi olduğunu qeyd edib: “Güclü komandaya qarşı əzmkar olmalısan, qorxu hissi olmamalıdır. Uşaqlar meydana çıxıb öz oyunlarını oynamalıdırlar. İnam hər şeyi həll edə bilər. Portuqaliyadan sonra baş tutacaq növbəti görüş Qətərlə olacaq. Futbolçularımızın həm istirahət etməyə, həm də məşq etməyə vaxtları var”.
Ağasəlim Mircavadov milli komandamızın heyəti barədə də fikirlərini səsləndirib: “Heyətdə hansı oyunçuların yer alacağını məşqçimiz daha yaxşı bilər. Bir həftə ərzində 3 oyun keçirməyə öyrəşmək lazımdır. Bu oyunlar bəzi futbolçularımız üçün şansdır. Məşqçimiz də kimə inanırsa, ona şans verməlidir”.
Qeyd edək ki, DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində martın 24-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də start götürəcək. Azərbaycan millisi A qrupunda Portuqaliya ilə yanaşı, Serbiya, İrlandiya və Lüksemburqla da mübarizə aparacaq.