AFFA İntizam Komitəsinin qərarları açıqlandı

AFFA İntizam Komitəsinin qərarları açıqlandı

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Azərbaycan kubokunun final oyununda ( “Qəbələ” – “Sumqayıt” ,1:0) baş verən hadisələr müzakirə olunub.

Assist.az qurumun saytına istinadən xəbər verir ki, “Qəbələ”nin  4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Oyunun 90+5-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Cavid Tağıyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 1600 manat cərimə olunub.