Adı "Sabah"la hallanan hücumçu Braziliya klubunda

Bir müddət əvvəl adı “Sabah”la hallanan Vaqner Lavın yeni ünvanı məlum olub.
Assist.az xəbər verir ki, 38 yaşlı hücumçu “Paysandu” klubu ilə razılaşıb. Bu barədə “Globo Esporte” nəşri məlumat yayıb. Lav yaxın günlərdə Braziliya klubu ilə rəsmi müqavilə imzalayacaq.
“Paysandu” C Seriyasında mübarizə aparır.
Karyerası ərzində ÇSKA, "Monako", "Korintians", "Palmeyras", "Kayrat", "Beşiktaş", "Alanyaspor" kimi klublarda çıxış edən hücumçu Braziliya yığmasında 26 oyunda iştirak edib. Lavın son klubu Danimarka “Midtüllan”ı olub.
Futbolçunun meneceri ötən ay verdiyi açıqlamada müştərisinin Azərbaycandan təklif aldığını bildirib. Daha sonra Rusiya mətbuatı bu klubun “Sabah” olduğunu yazıb.