Acun Ilıcalı bu ingiltərə klubunu almaq istəyir

Acun Ilıcalı bu ingiltərə klubunu almaq istəyir

Türkiyənin "Tv8" kanalının sahibi və aparıcı Acun Ilıcalı ingiltərənin 1-ci liqa təmsilçisi "Hall Siti"yi satın almaq istəyir.

Assist.az "Daily Mail"ə istinadən xəbər verir ki, Acun Ilıcalı klub rəhbərliyi ilə danışıqlara başlayıb və klub prezidenti Elnab Allama  15-50 milyon sterlin aralığında təklif göndərməyi planlaşdırır.

Qeyd edək ki, "Hall Siti" bu mövsüm 1-ci liqada çempion olaraq Çempionşipə yüksəlib. Ilıcalının əsas məqsədi klubu Premyer Liqaya yüksətməkdir.