AÇ-2020: Seçmə mərhələdə IX tura start veriləcək

AÇ-2020: Seçmə mərhələdə IX tura start veriləcək

Bu gün AÇ-2020-nin seçmə mərhələsində IX tura start veriləcək. Assist.az xəbər verir ki, görüşlər A, B və H qruplarında keçiriləcək.


A qrupunda lider İngiltərə millisi Monteneqro ilə qarşılaşacaq. Çexiya və Kosovo milliləri isə 2-cilik uğrunda döyüşəcəklər.


B qrupunda Serbiya Lüksemburqla, Portuqaliya isə Litva ilə üz-üzə gələcək.


Türkiyə millisinin də yer aldığı H qrupunda isə 3 qarşılaşma baş tutacaq. İslandiyanı qəbul edəcək “Ay-ulduzlu” yığma məğlub olmasa, final mərhələsinə vəsiqəni rəsmiləşdirəcək. Qrupun digər oyunlarında Fransa Moldova ilə, Albaniya isə Andorra ilə münasibətlərə aydınlıq gətirəcək.


Xatırladaq ki, Türkiyə - İslandiya oyunu saat 21:00-da, digər görüşlər isə 23:45-də start götürəcək.