4 qat dünya çempionunun maaşı 3 dəfə azaldı

4 qat dünya çempionunun maaşı 3 dəfə azaldı

"Formula 1" üzrə dörtqat dünya çempionu Sebastyan Fettelin "Aston Martin"dəki maaşı bəlli olub.

Assit.az  xəbər verir ki, almaniyalı pilot yeni komandasında ildə 15 milyon ABŞ dolları qazanacaq.

Onun "Ferrari"dəki məvacibi 45 milyon dollardır.

Qeyd edək ki, Sebastyan Fettel 2020 mövsümünün sonunda "Ferrari"dən ayrılacaq. O, "Aston Martin"lə 1+1 illik müqavilə imzalayıb