Azərbaycan millisinin oyunlarının yeri müəyyənləşdi

Azərbaycan millisinin  oyunlarının yeri müəyyənləşdi

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının keçirəcəyi oyunların stadionları müəyyənləşib.

Assist.az xəbər verir ki, Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv sentyabrın 2-də, saat 21:00-da Velika Qoritsa şəhərindəki şəhər stadionunda Xorvatiya, sentyabrın 7-də isə Rid İm İnnkreys şəhərindəki “Josko Arena”da Avstriya yığması ilə qarşılaşacaq.

Avstriya ilə oyunun başlama saatı hələ məlum deyil.