18 yaşlı futbolçunun Turin klubuna transferi <span xss=removed>rəsmiləşdi</span>
Beşiktaş klubunun 18 yaşlı futbolçusu Emirhan İlkanın "Torino" klubuna transferi rəsmiləşib.
Assist.az xəbər verir ki, Turin klubu gənc futbolçu ilə 5 illik müqavilə imzalayıb. Klubdan edilən açıqlamada oyunçunun transferi üçün 4.5 milyon avro ödəndiyi, həmçinin bir sonrakı transferdən əldə edilən məbləğin %15-nin Beşiktaş klubuna veriləcəyi bildirilib.
Qeyd edək ki, Emirhan İlkan İstanbul klubunun öz yetirməsidir.