12 turdan sonra ilk qələbə

12 turdan sonra ilk qələbə

"Assist.az" xəbər verir ki, Almaniya Bundesliqasının  28-ci turunda autsayder “Şalke” “Ausburq”u qəbul edib.  Sözü gedən qarşılaşmada  əksəriyyət qonaqların imkanlarını yüksək qiymətləndirirdi. Amma, bu cür düşünənlər yanılıblar. Oyuna daha yaxşı başlayan ev sahibləri erkən qolla sükutu pozublar.  Suat Sərdar diqqət mərkəzinə düşüb.  Qalan vaxt ərzində “Ausburq” futbolçuları nın məğlubiyyətdən qurtulmaq cəhdləri bəhrəsini verməyib. 12 turdur qalib gələ bilməyən “Şalke” 13 xalla yarışın aşkar autsayderidir.  “Ausburq” 32 xalla 11-cidir.