Ən çətin idman növləri açıqlandı - SİYAHI

Ən çətin idman növləri açıqlandı - SİYAHI

İdman növlərinin çətinlilik dərəcəsi əsasında reytinq siyahısı hazırlanıb.

Assist.az xəbər verir ki, 10 təyinedici vərdiş sırasına dözümlülük, güc, enerji, sürət, cəldlik, möhkəmlik, əsəb sistemi, möhkəmlik, əl və gözlərin koordinasiyası, analitik xüsusiyyətlər salınıb. Qiymətləndirməni 8 ekspert 10 ballıq şkala əsasında aparıb.

Nəticədə ilk "5-liy"ə boks, hokkey, amerikan futbolu, basketbol və restlinq düşüb. Daha sonra təkmübarizəli idman növləri, tennis, gimnastika, beysbol və futbol gəlir.